Tətildə olan kral xəstəxanaya yerləşdirildi

tetilde-olan-kral-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1549

Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya diaqnozu qoyulduqdan sonra xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveçin NRK yayım korporasiyası monarxın ailəsinin nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 87 yaşlı kral xəstəxanadadır və ona həm Malayziya, həm də Norveç tibb işçiləri tərəfindən bütün lazımi yardım göstərilir.

Qeyd edək ki, V Harald 1991-ci ildən Norveçə rəhbərlik edir. O, 1905-ci ildə İsveç-Norveç İttifaqının dağılmasından sonra ölkəni idarə etməyə başlayan Qlüksburq sülaləsindən olan üçüncü monarxdır.