Tillerson Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək

tillerson-qeter-ve-seudiyye-erebistanina-sefer-edecek
Oxunma sayı: 635

ABŞ dövlət katibi Reks Tillerson Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məluymat yayıb.

Nazirlik rəsmisi Hizer Hauertin sözlərinə görə, dövlət katibi yüksək vəzifəli nümayəndələr ilə görüşmək üçün iyulun 11-də Qətərə, iyulun 12-də isə Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.

“Associated Press” agentliyinin məlumatına görə, dövlət katibi səfərə Küveytdən başlayacaq.