“Tiryək”i neftə çevirən tarix – “Azad işbazlıq”

tiryeki-nefte-ceviren-tarix-azad-isbazliq
Oxunma sayı: 2705





XVIII əsrdən XXI əsrə “Tiryək müharibəsi”ndən “Neft müharibəsi”nə tarixi keçid”

Məlum faktdır ki, Şərq ölkələrinə kapitalizm XVII əsrdə ayaq basıb. Gözüaçıq Qərb işbazları Şərq ölkələrində “tiryək” deyilən bir narkotik maddənin olduğunu öyrəniblər. Onun müalicə xassələri haqqında Qədim Misirdə, Çində, Hindistanda müəyyən qədər bilgilər vardı. Bu maddədən ilk dəfə müxtəlif mərasimlər məqsədiylə şamanlar, brəhmənlər, kahinlər və başqa ruhanilər istifadə ediblər.

Bəzi insanlarda bu tiryək xüsusi hal yaradır və bu “ayıqlıqda yuxu” gətirirmiş... Belə yuxular nəsə bir şahiddən “vəhy” kimi qələmə verilir, onlardan “uzaqgörənlik” kimi istifadə edilirdi. Bu cür “uzaqgörənlikdən – falabaxmalardan” şərqli “zirək”lər beş – on quruş pul qazanırdılar. Lakin onlardan fərqli olaraq qərblilər “azad işbazlıq” şüarı altında tiryəki – “ilahidən gələn vəhy” kimi qəbul edərək çox böyük sahələrdə tiryək plantasiyaları salmağa başladılar. Artıq Hindistanda, Çində “xüsusi tiryəkxanalar” tikilməyə başladı və çox böyük sürətlə digər Şərq ölkələrində də tiryəkxanalar yayılmağa başladı. Tiryəkə aludəçilik o dərəcədə artdı ki, Çin dövləti dəfələrlə ölkəyə tiryək gətirilməsinə qadağa qoyulması üçün cəhdlər göstərdi, lakin heç nəyə nail ola bilmirdi. Çünki kapitalının mənafeyini təpədən dırnağa silahlanmış qoşunlar qoruyurdu.

XVIII əsrin axırlarında Hindistandan Çinə bir neçə min yeşik tiryək gətirildiyi halda, bu rəqəm 1816-cı ildə 22 min yeşik olmuş, 1838-ci ildə isə 40 min yeşiyə çatdırıldı. Nəticədə isə Çində milyonlarla insan “narkomana” çevrildi. Qızıl-gümüş pullar, var-dövlət, sərvət isə axar çay kimi bu ixracla məşğul olan Qərb kampaniyalarının cibinə axırdı. Ən nəhayət, Çinin mütərəqqi insanlarının səyləri nəticəsində hökumət ölkəyə tiryək gətirilməsini qadağan etdi, hətta onun ehtiyatlarını belə müsadirə etdilər...

Astronomik məbləğdə pullardan məhrum olan Qərblilər dərhal Çinə cavab verdilər. Belə ki, İngiltərə dövləti “itaət etməyən” Çinə müharibə elan etdi, özü də rəsmən. Bu müharibə bəşəriyyət tarixində “tiryək müharibəsi” kimi qaldı. 1840-cı ildə ingilis ordusu Çinin bir sıra liman şəhərlərini tutdu və Çin hökumətini soyğunçu Nankin müqaviləsini imzalamağa məcbur etdi. Bu müqaviləyə görə Çinin liman şəhərlərində tiryək ticarətinə yenə icazə verilirdi. 1851-ci ildə Çinə 55 min yeşik tiryək gətirilir, yenə Qərblilərə bu az görünür. Nəticədə 1856-cı ildə ikinci “tiryək müharibəsi” başlayır. Bundan sonra bütün Çin İngiltərə, Fransa, Amerika və digər Qərb dövlətlərinin təsiri altına düşdü.

Şərq dünyası şübhəsiz ki, qərblilərin bu, “iqtisadi dirçəliş” üsullarına biganə qala bilməzdi və yavaş-yavaş bu yolla irəliləyirdi. XX əsrdə isə artıq tiryəki neft əvəz etməyə başladı. Bəşəriyyət I və II dünya müharibələrinə şahidlik etdi. XX əsrin əvvəllərində Osmanlı imperiyası dağıldı, əsrin sonlarında isə Sovetlər imperiyası süquta uğradı. “Varşava müqaviləsi” bloku dağıldı. Əvəzində isə NATO daha da gücləndi. Əsrin ortalarında bəşəriyyət ilk dəfə atom bombardmanına şahidlik etdi. Hədəf Şərq, bombalayan isə Qərb idi. Əsrin sonlarında Çin, Hindistan, Türkiyə çox böyük iqtisadi nailiyyətlər əldə etməyə başladılar. Şərq ölkələrinin ildırım sürəti ilə iqtisadi nailiyyətlər əldə etməsinin əsas səbəbi Sovetlər imperiyasının dağılması və çox böyük bir bazara onların qədəm qoyması idi. Zarafat deyil, 70 il bütün dünya üçün qapalı olan, dünyanın altıda ikisi, 300 milyonluq bir bazar...

Sərhədlər açılan kimi 70 il Sovetlər imperiyasının tərkibində olan Şərq ölkələrində “münaqişələr” yarandı, bəlkə də yaradıldı desək - daha düzgün olar....

Şərqin qapısı sayılan Azərbaycan üçün Qarabağ problemi “yaradıldı.” Əslində neçə illərdir ki, Azərbaycan siyasətçiləri, ziyalıları, sadə insanlar bu “problemin” hansı dövlətlər tərəfindən yaradılmasının sirrini öyrənməyə çalışırlar.

1989-cu ildə SSRİ-dən bir qrup şəxs ABŞ-a səfər edir. Onların arasında azərbaycanlılar da olmuşdu. Bu şəxslərin hamısı nüfuzlu elm adamları idi. ABŞ-da müəyyən elmi-praktiki konfranslarda bir neçə gün vaxt keçirəndən sonra, onları Fransa inqilabının 200 illiyi ilə əlaqədar olaraq Fransa səfirliyi tərəfindən təşkil olunmuş ziyafətə aparırlar. Bu ziyafət Hyuston şəhərinin opera teatrında baş tutub. Bu tədbirdə 900 nəfər dövlət məmuru və iri bizneslə məşğul olan insan və digər tanınmış şəxslər iştirak ediblər. Əcəba, xeyir ola?.. Niyə məhz Fransa? Axı bu şəxslərin ABŞ-da başqa işləri var idi. Nə isə, onlar ABŞ-dan qayıdan kimi Qarabağ problemi daha da qızışdırıldı, Sovetlər Birliyi dağıldı, Azərbaycan müstəqillik qazandı və müharibəyə cəlb edildi.

Sonralar məlum olur ki, ABŞ-da Fransa səfirliyinin mötəbər ziyafətində iştirak edən şəxslərin hamısı, hansısa formada ermənilərə sıx imişlər. Kiminin anası, kiminin arvadı və s. müxtəlif bu kimi tellərlə ermənilərə bağlı olan bu insanlar sadəcə olaraq bu “ziyafətdə” fransızlar tərəfindən təlimatlandırılaraq geri göndəriliblər... “Elmi-praktik konfrans”lar adı altında təlimatlandırılan bu ziyalıların “səyləri” nəticəsində Azərbaycan çox böyük oyuna düşdü. 20 ildən yuxarıdır ki, bu oyun davam edir. Fransa dövləti isə Qarabağ problemini “çözməyə çalışan” Minsk qrupunun 3 həmsədrindən biridir.

Fransa Prezidenti cənab Sarkozinin başı bu saat Prezident seçkilərinə qarışıb. Bu seçkilərdə nəyin bahasına olursa-olsun qalib gəlməyi planlaşdıran Sarkozi uydurma “erməni soyqırımı” məsələsini ortaya ataraq erməni seçicilərinin səslərini almaq istəyir. Təbii ki, Sarkozinin bu niyyəti Türkiyə dövlətində və Azərbaycanda böyük narazılıqla qarşılanır. Təsəvvür edin ki, eniylə-uzunu 3 saatlıq avtomobil yoluyla ölçülən cırtdan Ermənistan dövləti Türkiyə kimi böyük dövlətdən Fransaya nə dərəcədə böyük ölçülərlə “xeyirlər” verirmiş ki, belə matah olub?!... Şübhəsiz ki, Türkiyə Fransaya qarşı müxtəlif üsullarla tədbir görür və görəcək, Azərbaycan da bu tədbirlərə hər hansı bir məqamda öz töhfəsini verəcək.

Fransa dövləti demokratiya, insan hüquqları kimi nəsnələri qabardaraq, Azərbaycanı ara-sıra öz yerli mətbuatında suçlayır. Qardaş türk jurnalistləri də həmçinin... Mat qalmalı hadisələr baş verir. Axı Azərbaycan 20 ildir suverenlik qazanıb, müharibə vəziyyətindədir, İran, Rusiya və Ermənistanla sərhəddə yerləşir. Hətta, Azərbaycanı dini dözümsüzlükdə ittiham edirlər. Dini tolerantlıq Azərbaycanda çox yüksək səviyyədədir. Bu problemin qabardılması sadəcə gülünc görünür. Heç bizim tariximizdə belə bir şey olmayıb.. Fransızların isə elə özlərinə çox yaxşı bəlli olan “Varfolomey” gecəsi olub. Ümumiyyətlə, fransızlarda hakimiyyət başında olanların həmişə qəribə şakəri olub. Məsələn: Napaleon Bonapart 600 minlik qoşunla 1812-ci ildə Rusiya imperiyasına basqın edəndə və bu qoşundan bir nəfər belə salamat qalmayanda, imperatorun özü təkbaşına Parisə qayıdanda ona belə bir sual verirlər: Qoşun hanı? Bonapart isə - müharibədir, qoşun ya qələbə qazanmalı, ya da məhv olmalı idi - deyə cavab verərkən heç tükünü belə tərpətməmişdi. Lakin, bu dövlətin baş naziri Taleyranın sonralar onu satdığını biləndə “havalanmaq” dərəcəsinə çatmışdı... Bu Taleyran 5 hökumət dəyişmişdi. Taleyranın bugünkü günümüzə qədər gəlib çatan məşhur bir məsəli qalıb: Kral öldü. Yaşasın Kral! (Rəhmətlik Taleyranın ad-soyadı və siyasəti necə də ermənilərə oxşayır...) Fransızların Əlcəzair dövlətindəki əllaməlikləri isə lap bu yaxınlara təsadüf edir.

Türkiyə mətbuatının bəzi əməkdaşları Azərbaycanı dost ölkəyə lazımi qədər dəstək olmamaqda suçladı, bunu dəfələrlə mətbuatda işıqlandırdılar və 2 qardaş ölkənin münasibətlərinə kölgə salmaq istədilər. Qardaşa dəstək necə olur?! Fransa senatorları Bakıya dəvət edildilər və onlara ən yüksək səviyyədə etiraz bildirildi. Bundan başqa Fransada güclü Azərbaycan lobbisinin yaradılmasına böyük səylər edildi. Gecə-gündüz Azərbaycan mətbuatında Fransaya qarşı təbliğat aparıldı, elmi əsaslarla onlara cavablar verildi.

Siyasətdən başı çıxmayan, ancaq və ancaq su bulandıran bəzi jurnalistlər indi də İngiltərədə hansısa bir qəzetdə məqalə buraxırlar ki, Bakıda İsrail dövlətinin kəşfiyyat orqanı olan “MASSAD”ın agentiylə görüşmüşük və onların İranda nələr etdikləri barəsində söhbətlər aparmışıq. Sabahısı gündə İran dövləti Azərbaycana nota göndərir. Nələr baş verir? Bəyəm 70 milyonluq əhalisi, 5 min ilə yaxın tarixi, dünyaya dünyanın özü qədər məşhur tarixi şəxsiyyətlər, şairlər, alimlər, filosoflar bəxş edən bir dövlət hansısa, bir qəzetə istinad etməlidir? Həm İngiltərə tərəfinə, həm də İrana ən yaxşı cavabı 1780-ci ildə anadan olmuş, İngiltərə dövlətinin İran səfirliyinin katib və səfirliyin başçısı kimi fəaliyyət göstərən Ceyms Justinyen Moriyer, məşhur “İsfahanlı Hacıbabanın macəraları” romanında vermişdir. Bu roman ilk dəfə 1824-cü ildə Londonda çap edilib. İranlı alim M.Minovi yazır ki, əgər bu kitabı oxumamısınızsa, mütləq oxuyun, yox əgər oxumusunuzsa, onda bir dəfə də oxuyun, peşman olmazsınız... Bu kitabda Gəncə quberniyası, Bakı, Kür və Araz çayları haqda, İrəvan xanlığı və digər tarixi yurdlarımızla bağlı gözəl bilgilər var. Kitabda Ermənistanın indi Spitak adı verdikləri Hamamlı kəndi barəsində də məlumatlar vardır. Ümumiyyətlə, bu kitab İranda fransız və ingilis diplomatlarının qarşılıqlı mübarizəsindən, oynadıqları böyük oyunlardan söhbət açır. Əsərin qəhrəmanı dəllək oğlu Hacıbabanın başına gələn sərgüzəştlərdən, onun türkmənlərə əsir düşməsindən, Bağdada və İstanbula səfərlər etməsindən, dərvişliyindən, və ən nəhayət şahın fərmanı ilə İngiltərəyə səfir müavini göndərilməsindən ibarət olan bu kitabda İran şairi Əl Miyeyin belə bir cümləsi vardır: “Lalların ölkəsində adi bir uzunqulaq anqırtısı harmoniya sayıla bilər.”

Əsərdə İstanbulun dünyanın mədəniyyət mərkəzi olduğunu dönə-dönə Hacıbabanın dilindən söyləyən Ceyms Moriyer, hələ o illərdə Türkiyənin Osmanlı imperiyasının əzəmətini dünyaya çatdırmışdı. 1826-cı il 21 may tarixində İran dövlətinin İngiltərədəki səfiri Mirzə Abdul Həsənin Moriyerə yazdığı məktubdan bir cümləni xüsusi qeyd etmək istərdik: “Bircə göydə Allah bilir ki, mən sizin köhnə dostunuzam, ser...” Deyəsən, həmin dostluq indi də hansı yollasa davam edir ki, biri bu gün yazır, digəri səhəri gün “nota” verir. Şübhəsiz ki, kimlərinsə hədyan-hədyan yazmalarına baxmayaraq Azərbaycan- Türkiyə əlaqələri günü-gündən genişlənir və nə heç bir dövlətin, nə hansısa dövlətin mətbuat orqanının bu qardaşlığa kölgə salacaq qüdrəti yoxdur...

Türk Birliyini hədəfə alan Fransa və digər Qərb ölkələri “Xocalı” soyqırımından xəbərsizdirlər bəyəm? Axı bu soyqırım bütün dünyanın gözünün qabağında baş verib. Hansısa “amillər” onları çaşdırıb görəsən? Bu amillər: Türkiyənin artıq bəzi dövlətlər üçün (bir çox Şərq dövlətləri kimi) “tiryək” plantasiyaları olmamağı, bütün dünyaya səs salan elmi nailiyyətləri, ixtiraları, demokratik ənənələri və nəhayət dünyada baş verən “iqtisadi böhran”dan itkisiz çıxmasıdır.

Təsəvvür edin ki, tarixi 5 min ilə çatan Yunanıstan kimi bir dövlət “iqtisadi böhran”dan yaxa qurtara bilmir. Ancaq demək olar ki, bütün sərhəd dövlətlərində maharibə gedən Türkiyə öz iqtisadi uğurları ilə dünyaya meydan oxuyur. Təbii ki paxıllıqdan, xəbislikdən özlərini pis hiss edən dövlətlər əllərindən heç nə gəlmədiyindən qondarma “soyqırım” kimi cəfəngiyyatları ortaya ataraq bir növ özlərinə təsəlli verirlər. Başqa neynəyə bilirlər ki?!... (Bu yerdə Əli Miyeyə bir daha rəhmət oxumaq keçir ürəyimdən...)

İngilis yazıcısı Moriyer öz kitabında erməniləri “pərpətöyün toxumu” adlandırıb. Pərpətöyün bitkisi çayır kimi bir şeydir, əgər bir yerdə bitirsə, kökünü kəsmək olmur və hər yeri basır. Bu bitkidən qədim zamanlarda babasil xəstəliyinin müalicəsi üçün istifadə edirmişlər. Ruhun şad olsun, Ceyms Moriyer! Bu millət tipinə necə gözəl “tərif” vermisən!..

XXI əsrin ilk on olliyində bəşəriyyət yenə də “neft müharibələrinin” şahidi olur. Xırdalamağa ehtiyac yoxdur. Ssenari “tiryək” müharibələrinə” uyğundur...

Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyev