Tokayev Türkiyədə səfərdədir - Foto + Yenilənib

tokayev-turkiyede-seferdedir
Oxunma sayı: 2697

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 10-11-i Türkiyəyə rəsmi səfərə yollanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Tokayev səfər çərçivəsində Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq. Danışıqlardan sonra iki ölkə arasında bir sıra saziş və protokolların imzalanması planlaşdırılır.

Qeyd edək ki, bu, Tokayevin Prezident olaraq fəaliyyətə başlamasından bu yana Türkiyəyə ilk səfəri olacaq. Səfər Ərdoğanın dəvəti əsasında baş tutacaq.

***

Tokayevin Türkiyəyə rəsmi səfəri başlayıb. Qazaxıstan Prezidentini Ankaranın “Esenboğa” hava limanında Türkiyənin vitse-prezidenti Fuat Oktay və digər rəsmi şəxslər qarşılayıb.