Toni Kross karyerasını başa vurdu

toni-kross-karyerasini-basa-vurdu
Oxunma sayı: 3529

“Real Madrid”in və Almaniya millisinin oyunçusu Toni Kross AÇ-2024-ün bu gün keçirilən 1/4​ final mərhələsində karyerasının son oyununa çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, Almaniya-İspaniya matçı ulduz futbolçunun karyerasında sonuncu matç olub.

Xatırladaq ki, bir neçə ay öncə Kross sosial şəbəkə hesabında bununla bağlı paylaşım etmişdi.