Almaniya Kansleri Fridrix Merts Rusiyanı Milad bayramı ərəfəsində atəşkəs elan etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib.
Siyasətçi bu addımın sülhün başlanğıcı ola biləcəyini vurğulayıb:
“Top indi Rusiyadadır. Moskva 25 dekabr gecəsi Milad bayramı üçün atəşi dayandırsa, bu, mühüm addım olacaq. Bu addım həm də sülhün başlanğıcı ola bilər”.
Xatırladaq ki, “Reuters” agentliyi dekabrın 15-də Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı mübahisəli məsələlərin bir çoxunun artıq razılaşdırıldığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər