Tovuzda bıçaqlanma oldu, çay evinin sahibi öldü

tovuzda-bicaqlanma-oldu-cay-evinin-sahibi-oldu
Oxunma sayı: 2222

Tovuzda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində çay evlərinin birinin qarşısında baş verib.

Kənd sakini Maksim Mehdiyev mübahisə zəminində çay evinin sahibi, 1964-cü il təvəllüdlü Ənvər Əlrzayevi və onun qardaşı Fərman Əlrzayevi bıçaqlayıb.

Yaralılar xəstəxanaya çatdırılsa da, Ə.Əlrzayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən M.Mehdiyev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli