Tovuzda kişi həyat yoldaşını bıçaqladı

tovuzda-kisi-heyat-yoldasini-bicaqladi
Oxunma sayı: 2302

Tovuzda bıçaqlanma olub.

"Qafqazinfo" nun xəbərinə görə, hadisə rayonun Qovlar şəhərində baş verib. Şəhər sakini - 1990-cı il təvəllüdlü Musa Hümbətov ailə münaqişəsi zəminində həyat yoldaşı - 1995-ci il təvəllüdlü Aytəkin Mehdiyevanı bıçaqlayıb.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən M.Hümbətov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli