Tovuzdakı qətllə bağlı cinayət işi açıldı

tovuzdaki-qetlle-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 2550

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.