Toydan qayıdarkən dəhşətli qəzada ölənlərin - Fotoları

toydan-qayidarken-dehsetli-qezada-olenlerin
Oxunma sayı: 10339

Naxçıvanda toydan qayıdarkən yol qəzasında ölən 6 nəfər barədə təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə zamanı həlak olan Xanlar Sultanov və Azadə Sultanova ər-arvad olublar.

Həmçinin oxuyun: Отправился в Лерик на отдых, упал в овраг и умер - Фото

A.Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən 27 yaşlı Amin Oruclu həkim olub. O, Babək rayonunun Kültəpə kəndində stomatoloq işləyirmiş.

23 yaşlı Hikmət Əlizadə isə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.

Qeyd edək ki, hadisə bu gecə Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Sail Ağasəlim​

Foto sözügedən toyda çəkilib. Solda Hikmət Əlizadə, sağda Amin Oruclu