“Trabzonspor” Avropada tarix yazdı

trabzonspor-avropada-tarix-yazdi
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi məlumata görə, bununla “qaradənizlilər” Avropa klub turnirləri tarixində ilkə imza atıb. Belə ki, “Trabzonspor” eyni mövsümdə 2 dəfə Çempionlar Liqasında, 2 dəfə Avropa Liqasında iştirak edən ilk komanda olub.

Qeyd edək ki, “Trabzonspor” ötən mövsüm Türkiyə Superliqasında 2-ci pilləni tutmuş və Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində oynamaq hüququ qazanmışdı. Bu mərhələdə “Benfika”ya məğlub olan trabzonlular, reqlamentə görə mübarizəni Avroliqada davam etdirdi. Avropa Liqasında “Atletik”lə ilk oyuna çıxan “Trabzonspor” UEFA-nın “Fənərbaxça”nı Çempionlar Liqasından uzaqlaşdırmasından sonra yenidən Çempionlar Liqasına qayıtdı. Nəhayət, qrupda 3-cü yeri tutan komanda növbəti dəfə Avropa Liqasında çıxış edəcək.

Ceyhun Əhmədov