Tramp CNN-i boykot etməyə çağırdı

tramp-cnn-i-boykot-etmeye-cagirdi
Oxunma sayı: 861

ABŞ prezidenti Donald Tramp CNN telekanalını boykot etməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bu addımı CNN-in Ağ Evdə jurnalistlərin Yeni il qəbulunu boykot etməklə bağlı çağırışına cavab olaraq atıb: “Əla, biz isə CNN-in feyk xəbərlərini boykot etməliyik. Onlarla iş tam vaxt itkisidir”. 

Daha əvvəl CNN teleşirkəti Ağ Evdəki şənlikdə iştirak etməyəcəyini bəyan etmişdi. Bu qərarını Trampın ritorikası ilə razılaşmaması ilə əlaqələndirmişdi. 

Qeyd edək ki, Ağ Evdə KİV nümayəndələrinin qəbulu dekabrın 1-də olacaq.