Tramp etirazçıları evə getməyə çağırdı - Video

tramp-etirazcilari-eve-getmeye-cagirdi
Oxunma sayı: 2772

ABŞ Prezidenti Donald Tramp yazdığı videomüraciətVaşinqtonda iğtişaşlar törətmiş tərəfdarlarını dinc şəkildə evlərinə dağılmağa çağırıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

“Mən sizin ağrınızı anlayıram. Seçkilər artıq keçirilib. Biz hər birimiz bilirik ki, bu seçkilər saxtalaşdırılıb. Bizim qələbəmizi oğurlayıblar. Amma indi isə siz evə getməlisiniz. Bizə sülh, sabitlik lazımdır. Biz kiminsə zərər çəkməsini istəmirik. Biz sizi sevirik”, - deyə Tramp bildirib.