Prezident Donald Tramp ABŞ-nin İrana zərbə endirməsindən sonra həmvətənlərinə müraciət edəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri bu haqda “Truth Social”da yazıb.
“Mən İranda çox uğurlu hərbi əməliyyatımızla bağlı Ağ Evdə saat 22:00-da (Bakı vaxtı ilə 06:00) xalqa müraciət edəcəyəm. Bu, ABŞ, İsrail və dünya üçün tarixi məqamdır. İran bu müharibəni dayandırmağa razı olmalıdır”, - o qeyd edib.