Transformatorda yanan sevgililərin toyundan - İlk foto

transformatorda-yanan-sevgililerin-toyundan-
Oxunma sayı: 32769

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabr ayında transformatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililər ailə həyatı qurub.

Qafqazinfo” xəbər verir ki, Fəqan adlı oğlan və onunla birlikdə transformatorda xəsarət alan sevgilisinin  “Fərid Palace”də toyu olub.

Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməyilə keçirilib. Hətta dostların cütlük üçün kirayə ev tutduğu da deyilir.

Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsindəki transformatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib.