Tuba finala iki bölüm qalsa da, serialdan getdi

tuba-finala-iki-bolum-qalsa-da-serialdan-getdi
Oxunma sayı: 3755

Türkiyənin ATV kanalında yayımlanan “Sefirin kızı” serialı final edir.

“Qafqazinfo” xəbər verir ki, aktyor Engin Akyürek və aktrisa Tuba Büyüküstünün baş qəhrəmanları olduğu ekran işi tamaşaçılarla vidalaşır.

Finala iki bölüm qalmış isə T. Büyüküstünün çəkilişlərinin bitdiyi ortaya çıxıb. Belə ki, aktrisa son 2 bölümdə ekranlarda görünməyəcək, final Tubasız olacaq. Buna səbəb aktrisanın imzaladığı müqavilənin vaxtının bitməsidir.

Layihənin sonuncu, yəni 52-ci seriyası mayın 11-də yayımlanacaq.

Qeyd edək ki, bir müddət əvvəl sızan bağırsaq sindromundan (LGS) əziyyət çəkən və sürətlə arıqlayan aktrisa Neslihan Atagül serialla vidalaşmış, yerinə Tuba gətirilmişdi.