Türkiyə avstriyalı yazıçıya görə Nobelə qatılmayacaq

Türkiyə avstriyalı yazıçıya görə Nobelə qatılmayacaq
Oxunma sayı: 1014

Türkiyə sabah İsveçin paytaxtı Stokholmda keçiriləcək Nobel Mükafatlandıma Mərasiminə qatılmayacaq.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, buna səbəb Srebrenitsa soyqırımını inkar edən və Serbiyanın keçmiş prezidenti  Slobodan Miloşeviç heyranı olan avstriyalı yazıçı Peter Handkenin Ədəbiyyat üzrə “Nobel” almasıdır. Bu barədə Türkiyənin Stokholmdakı səfiri Hakkı Emre Yunt bildirib. Bundan başqa, Albaniyanın Stokholmdakı səfirliyindən də bosniyalı qurbanların yaxınlarına dəstək məqsədilə mərasimə qatılmayacaqları bildirilib.

Qeyd edək ki, Handke Bosniya müsəlmanlarının özlərini öldürdüklərini və bunu serblərin üzərinə atdıqlarını bildirmiş və 2006-cı ildə Miloşeviçin dəfn mərasimində serblərin soyqırım törətmələrinə əsla inanmadığını bildirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi