Türkiyə bu gün 2 şəhid verdi

turkiye-bu-gun-2-sehid-verdi
Oxunma sayı: 635

Türkiyənin Van şəhərinin Çatak rayonunun Kacit kəndi yolunda təhlükəsizlik qüvvələri əməliyyat apararkən partlayış baş verib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının əraziyə yerləşdirdiyi əl istehsalı partlayıcının partlaması nəticəsində 1 əsgər və 1 meşəbəyi şəhid olub. 

Hadisə nəticəsində xəsarət alanların da olduğu bildirilir.

Bölgəyə təcili tibbi yardım avtomobilləri cəlb olunub. 

Terrorçuların yaxalanması istiqamətində hava əməliyyatı aparılır.