Türkiyə bu il məhv edilən terrorçuların sayını açıqladı

turkiye-bu-il-mehv-edilen-terrorcularin-sayini-aciqladi
Oxunma sayı: 1030

1 yanvar 2021-ci ildən bəri aparılan əməliyyatlarda 836 terrorçu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tvitterdə məlumat yayıb.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz terrorçulara qarşı mübarizəni təsirli və qətiyyətli şəkildə davam etdirir. 1 yanvar 2021-ci ildən bəri aparılan əməliyyatlarda 836 terrorçu zərərsizləşdirilib”,- deyə açıqlamada qeyd olunub.