Türkiyə ordusu şəhid verdi

turkiye-ordusu-sehid-verdi
Oxunma sayı: 1354

İraqın şimalında “Pəncə hərəkatı” bölgəsində terrorçuların açdığı atəş nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şəhid Xəlil Çələbinin ölüm xəbəri ailəsinə bildirilib. Nazir Hulusi Akar şəhidin ailəsinə başsağlığı verib.