Türkiyə pandemiya səbəbindən qapanmaya getməyəcək

turkiye-pandemiya-sebebinden-qapanmaya-getmeyecek
Oxunma sayı: 1817

“Türkiyə hazırda pandemiya səbəbindən qapanmalara getməyi planlaşdırmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca NTV kanalının efirində deyib. Koca bunun qapanma tədbirlərinin gələcəkdə istisna edilməyəcəyini də qeyd edib:

“Hazırda sərt qapanmalara qayıtmağımıza ehtiyac yoxdur. Ancaq bu o demək deyil ki, məhdudiyyətlər olmayacaq. Bəzi ölkələrdə vaksinasiya ilə bağlı qanunverici təşəbbüslər irəli sürülür. Biz bu yolla getmək istəmirik. Vətəndaşlara məsuliyyətli olmağı və peyvənd olunmağı təklif edirik. Sərt tədbirlər görmək lazım gələrsə, görəcəyik. Ancaq ən yaxşısı məsələni bu səviyyəyə gətirməməkdir. Başlıca müdafiə-vaksinasiyadır”. Koca əlavə edib ki, ölkədə yoluxanların 87%-i peyvənd olunmayanlardır.