Türkiyə Rusiya qazından imtina edir?

turkiye-rusiya-qazindan-imtina-edir
Oxunma sayı: 3088

“Türkiyə hazırkı mərhələdə Rusiyadan təbii qaz nəqlindən imtina etmək niyyətində deyil”.

“Qafqazinfo” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə və İsrail energetika nazirləri arasında enerji məsələsi müzakirə olunacaq. Biz bəyan etmişik ki, İsrail Avropaya ixrac üçün lazımi qaz həcmlərinə sahib olarsa, Türkiyə bunu həyata keçirmək üçün yeganə iqtisadi marşrut olacaq. Türkiyə hazırda enerji təhlükəsizliyi baxımından Rusiyadan qaz almamaqla bağlı qərar verməyib”, - deyə Çavuşoğlu söyləyib.