Türkiyə şəhid verdi

turkiye-sehid-verdi
Oxunma sayı: 1292

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz tviter hesabında məlumat verib.

Məlumata görə, çavuş Burak Tortumlu Tuncelidə “Eren-7” əməliyyatı zamanı ağır yaralanıb. Bildirilir ki, xəstəxanaya yerləşdirilən Burak Tortumlunu həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.