Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirildi

turkiye-ve-ermenistan-arasinda-viza-rejimi-sadelesdirildi
Oxunma sayı: 623

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma əldə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, 2026-cı il yanvarın 1-dən etibarən hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri elektron vizanı (e-viza) tamamilə ödənişsiz əldə edə biləcəklər.

Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, Ermənistan və Türkiyə heç bir ilkin şərt olmadan münasibətlərin tam tənzimlənməsinə nail olmaq öhdəliyini bir daha təsdiqləyirlər və bu addım iki ölkə arasında etimadın qurulması prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.