Türkiyə vətəndaşları Tacikistana daha viza ilə gedəcək

turkiye-vetendaslari-tacikistana-daha-viza-ile-gedecek
Oxunma sayı: 1464

Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etmək barədə qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tacikistanın “Xovar” dövlət agentliyi yayıb. 

Bildirilir ki, bu barədə qərar “qarşılıqlılıq prinsipinin yerinə yetirilməsi” məqsədilə verilib. 

Xatırladaq ki, aprelin əvvəli Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız girişi qadağan olunub.