Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız girişi qadağan olundu

tacikistan-vetendaslarinin-turkiyeye-vizasiz-girisi-qadagan-olundu
Oxunma sayı: 1468

Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız girişi qadağan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fərman imzalayıb.

Sözügedən sənəd “Resmi Gazete”də yayımlanıb.

“Türkiyəyə ümumvətəndaş şəxsiyyət vəsiqəsi ilə səyahət edən Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğv edilməsinə qərar verilib”, - sənəddə qeyd olunub.

Qərarın səbəbləri açıqlanmayıb.