Türkiyədə 21 yaşlı tələbə sianid içərək intihar etdi - Fotolar

turkiyede-21-yasli-telebe-sianid-icerek-intihar-etdi
Oxunma sayı: 2693

Türkiyənin Sakarya şəhərində sianid turşusu ilə daha bir intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun “Haberler”ə istinadən məlumatına görə, kimya fakültəsinin 3-cü kurs tələbəsi – 21 yaşlı Mehmet Əli Çetin kimyəvi maddə içərək özünü öldürüb. Tələbənin sianidi internet vasitəsilə aldığı üzə çıxıb.

Oğlundan bir müddət xəbər ala bilməyən Adnan Çetin onun Almaniyadakı xalasının yanına getdiyini düşünüb. Ancaq evə gedərkən Mehmeti yerdə hərəkətsiz və ağzı köpüklənmiş halda tapıb. Dərhal hadisə yerinə polis, təcili yardım və Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) işçiləri gəlib.  Çetinin cəsədi tibbi ekspertizaya göndərilib.  3 tibb işçisi və təcili yardım maşını isə karantinə götürülüb.

Qeyd edək ki, bundan əvvəl daha 12 nəfər sianid turşusu içərək intihar edib.