Türkiyədə 4,7 bal gücündə zəlzələ oldu

turkiyede-47-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1929

Türkiyədə Elazığın Baskil rayonunda 4.7 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Baskil rayonu olub və dərinliyi 9.85 kilometr təşkil edib.

Elazığ Valiliyi açıqlayıb ki, zəlzələdən sonra AFAD və 112 təcili yardım xəttinə hər hansı ziyan barədə məlumat daxil olmayıb.