Türkiyədə 4.8 bal gücündə zəlzələ oldu

turkiyede-48-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1392

Türkiyənin Manisa vilayətində  4.8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:26-da Kırkağac rayonunda qeydə alınıb.

11,8 km dərinlikdə yerləşən yeraltı təkanlar İstanbul, İzmir, Bursa və Balıkesir kimi bir çox şəhərdə hiss edilib. Əhali həyəcandan küçələrə axışıb.

Daxili İşlər naziri Süleyman Soylu canlı yayımda zəlzələ nəticəsində dağıntılar və xəsarət alanların olmadığını bildirib.