Türkiyədə Azərbaycana məxsus yük maşını aşdı, sürücü yaralandı

turkiyede-azerbaycana-mexsus-yuk-masini-asdi-surucu-yaralandi
Oxunma sayı: 1168

Türkiyənin Kastamonu şəhərində Azərbaycan dövlət nömrə nişanlı yük maşını qəzaya düşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbuldan Samsun istiqamətində hərəkət edən TIR sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəzada yaralanan azərbaycanlı sürücü təcili yardımla Tosya Dövlət Xəstəxanasına aparılıb.

Polis araşdırmalara başlayıb.