Türkiyədə azərbaycanlı həkim COVID-19-un Britaniya ştammına yoluxdu

turkiyede-azerbaycanli-hekim-covid-19-un-britaniya-stammina-yoluxdu
Oxunma sayı: 3312

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasının Britaniya ştammına yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.

“Doktor da xəstələnər. COVID-19 İngiltərə mutasiyasına yoluxdum”, - Rəsulova yazıb.

Qeyd edək ki, T.Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.

Turanə Rəsulova və Aqşin Yenisey