Türkiyədə daha bir meşə yanır - Fotolar

turkiyede-daha-bir-mese-yanir
Oxunma sayı: 1535

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, yanğın vilayətin Ezine bölgəsində başlayıb. 

Hazırda yanğınla 2 təyyarə və 2 helikopterlə havadan, bir neçə texnika ilə isə qurudan mübarizə aparılır. 

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.