Türkiyədə fəlakət bölgələrində olan xilasedicilərin sayı açıqlandı

turkiyede-felaket-bolgelerinde-olan-xilasedicilerin-sayi-aciqlandi
Oxunma sayı: 3271

Fəlakət bölgələrində 9 698 xilasedici var.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay yerli jurnalistlərə açıqlamasında bildirib.

F.Oktay baş verən zəlzələni yüz ilin ən böyük fəlakəti adlandırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün 370 azərbaycanlı xilasedici qardaş ölkəyə yollanıb.