Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib. Fövqəladə vəziyyətin elan edilməsi iyulun 20-də Təhlükəsizlik Şurasının toplantısında qərara alınıb.
Ərdoğan vurğulayıb ki, belə bir qərarın verilməsi qətiyyən demokratiya, hüquq və azadlıqlara qarşı deyil, əksinə bu dəyərləri qorumağa, yüksəltməyə və inkişaf etdirməyə yönəldilib.
Son xəbərlər
Son Xəbərlər