Türkiyədə İrandan gələn sürücü xəstəxanaya yerləşdirildi

turkiyede-irandan-gelen-surucu-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1545

Türkiyənin Mardin şəhərinin Kızıltəpə rayonunda İrandan gələn və yüksək temperatur şikayəti olan sürücü koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Kızıltəpə Dövlət Xəstəxanasına yerləşdirilən yük maşını sürücüsü karantində saxlanılır. Ondan götürülən analizlər Ankaraya göndərilib.

Tədbir məqsədilə xəstəxanadakı bütün işçilər və ziyarətçilər maska taxmağa başlayıb.