Türkiyədə koronavirusa yoluxanların sayı artır

turkiyede-koronavirusa-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1470

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 51 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 246 min 648 COVID-19 testi aparılıb ki, bunun da 19 min 761-i müsbət çıxıb. Eyni zamanda, 7 min 108 xəstə sağalıb.