Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

turkiyede-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 5978

Türkiyədə koronavirusa yoluxanların sayı artaraq 1529-a çatıb.

"Qafqazinfo" bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca öz Tvitter hesabında məlumat verib.

"Son 24 saatda 3672 test aparılıb. Bunlardan 293-ündə koronavirus aşkarlanıb",- deyə nazir qeyd edib.

Xəstəlik səbəbindən ölənlərin sayı da daha 7 nəfər artaraq ümumilikdə 37-yə çatıb. Səhiyyə naziri gənclərə evlərində qalmalarını və ehtiyac olmadıqca küçəyə çıxmamalarını tövsiyə edib.