Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1688

Türkiyədə son sutka ərzində koronavirusdan 23 nəfər dünyasını dəyişib, 827 nəfərdə virus aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə Covid-19 qurbanlarının sayı 4563, yoluxma faktı 164 min 769 nəfər olub. Gün ərzində 974 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 128 min 947-yə çatıb.

Son 24 saatda 31 min 525 test edilib.