Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1743

Türkiyədə koronavirusla bağlı aprelin 12-nə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 243 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 301 min 68 koronavirus testi aparılıb, onlardan 54 min 562-si müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 671-dir.

Sutkada 41 min 218 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 372 min 629 olub.