Türkiyədə PCR testi tələbi ləğv edildi

Türkiyədə PCR testi tələbi ləğv edildi
Oxunma sayı: 3155

Türkiyədə peyvənd olunmamış şəxslər üçün səyahət, tədbirlər, iş yerləri və məktəblər üçün tələb olunan PCR testi tələbi aradan qaldırılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi 81 əyalətə koronavirus epidemiyasının son gedişi və onun əhalinin sağlamlığına təsiri ilə bağlı yazı göndərib.

Koronavirus Elmi Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən qiymətləndirilən yazıda peyvənd olunmamış şəxslərin PCR test tələbi ilə bağlı məlumatlar qeyd olunub.

Belə ki, təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat vasitələri ilə səyahət etməzdən əvvəl son 180 gün ərzində xəstəliyi olmayan, peyvənd olunmamış şəxslər üçün PCR testi tələbi qaldırılıb.

Konsert, kino və teatr kimi tədbirlərə qatılanlar, Təhsil Nazirliyinin məktəblərində çalışan personal (müəllim, avtobus sürücüsü, təmizlik işçisi və s.), bütün dövlət və özəl iş yerlərində çalışan işçilər və digər şəxslər üçün PCR testi ilə müayinə dövlət və özəl qurumlar tərəfindən təşkil edilən tələbə düşərgələrində iştirak edəcəklər.