Türkiyədə sel zamanı ölən və itkin düşən var

Türkiyədə sel zamanı ölən və itkin düşən var
Oxunma sayı: 1109

Türkiyənin Artvin bölgəsində güclü yağışların yol açdığı sel və daşqınlar 1 nəfərin həyatına son qoyub, 3 nəfər isə itkin düşüb.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, Atvinin Yusufeli rayonunda dünən axşam saatlarında başlayan leysan yağışları sel, daşqın və torpaq sürüşməsinə səbəb olub. Avtomobilini sel aparan bir nəfər şəxs yaralanaraq xəstəxanaya aparılıb. Kimliyi müəyyənləşdirilməyən şəxsin xəstəxanada həyatını itirdiyi bildirilib. Daha 3 nəfərin isə itkin düşdüyü qeyd olunub.

Artvin-Ərzurum quru yolu sürüşmə səbəbiylə fərqli nöqtələrdə nəqliyyat üçün bağlanıb. Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) tərəfindən bölgədə axtarış-xilasetmə işləri aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi