Türkiyədə yoluxma və ölüm sayı artır

turkiyede-yoluxma-ve-olum-sayi-artir
Oxunma sayı: 1560

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 76 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 257 min 474 COVID-19 testi aparılıb ki, bunun da 22 min 291-i müsbət çıxıb. Eyni zamanda, 4 min 197 xəstə sağalıb.