Türkiyədə zəlzələyə görə bu məktəblər bağlandı - Yenilənib

turkiyede-zelzeleye-gore-bu-mektebler-baglandi
Oxunma sayı: 4132

Türkiyədə 4,7 maqnitualı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

***

Bu gün baş verən zəlzələyə görə Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb.

Tokat valisinin sözlərinə görə, heç bir mənfi hadisə yaşanmasa da, təhlükəsizlik səbəbi ilə belə qərar verilib.