Türkiyəli hərbçilər Yunanıstana qaçıb sığınacaq istədilər - Yenilənib

turkiyeli-herbciler-yunanistana-qacib-siginacaq-istediler
Oxunma sayı: 6881

Yunanıstanın yerli televiziyasının yaydığı məlumata əsasən, həmin ölkədə içərisində türk hərbçiləri olan vertolyot eniş edib.

Qafqazinfo” xəbər verir ki, həmin əsgərlər Türkiyədəki hərbi çevrilişə cəhdlə birbaşa əlaqəli ola biləcək şəxslərdir.

Həmçinin məlumatda qeyd olunur ki, sözügedən hərbçilər Yunanıstan hökumətindən siyasi sığınacaq da istəyiblər.

Qeyd edək ki, ötən gecə Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı 200-ə yaxın şəxs ölüb, 2000-dən çox hərbçi isə həbs edilib.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin qiyamçıların geri qaytarılması ilə bağlı Yunanıstana müraciət edib. M.Çavuşoğlu özünün şəxsi “Tvitter” hesabında “Helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal geri qaytarılmasını istədik”, - deyə status yazıb.

Türkiyənin istəyi ilə əlaqədar Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 8 qiyamçının geri qaytarılması planlaşdırılır.