“Türkiyənin narahatlığı aradan qaldırılmasa, proses irəliləməyəcək”

turkiyenin-narahatligi-aradan-qaldirilmasa-proses-irelilemeyecek
Oxunma sayı: 1219

NATO-ya üzvlük müraciətləri ilə bağlı məsləhətləşmələr aparmaq üçün Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətlərinin görüşü olub. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın görüşdən sonra açıqlama verib. O bildirib ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı konkret addımlarla aradan götürülməsə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi irəliləməyəcək:

 “NATO təhlükəsizlik ittifaqıdır, təhlükəsizliklə bağlı narahatlıqlar aradan qaldırılmalıdır. İsveç və Finlandiyanın NATO-ya üzvlük ərizəsi hər iki ölkə və NATO üçün tarixi dönüş nöqtəsidir. Türkiyənin 70 illik NATO tarixində NATO ölkələri ilə bağlı çox ciddi rolu var. NATO təhlükəsizlik ittifaqıdır, üzv olacaq ölkələr öz təhlükəsizlik problemlərini həll etməlidirlər. Ona görə də bu ittifaqın ən əsas məsələsi onun üzvlərinin təhlükəsizlik qayğılarını bərabər və ədalətli şəkildə qarşılamaqdır. Türkiyə bu müttəfiqliyə çox ciddi töhfələr verib. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı xüsusilə Avropa ölkələrində terror təşkilatlarının olması ilə bağlıdır.

Gözləntilərimiz ondan ibarətdir ki, oradakı terror təşkilatlarının təşkilati, maliyyə və təbliğatı istiqamətində konkret addımlar atılmalıdır. İclasda 2 ölkədən ekstradisiya tələblərimizi gündəmə gətirdik. PYD və YPG-nin PKK ilə eyni təşkilat olduğunu bildirdik. Türkiyəyə qarşı sanksiyaların dərhal qaldırılacağına dair gözləntilərimizi ifadə etdik. Biz sanksiyaların aradan qaldırılmasına müsbət münasibət gördük. Türkiyənin təhlükəsizlik problemləri həll olunmazsa, proses irəliləyə bilməz.

PYD/YPG ilə bağlı hazırlanan hesabatlarda təşkilatın hərbi cinayətlər törətdiyini açıqlamışdıq. Ona görə də PYD/YPG-yə bəraət qazandırmaq üçün hesabatların gizlədilməməsi lazım olduğunu ifadə etdik. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı konkret addımlarla qarşılanmasa, prosesin irəliləməyəcəyini bildirdik. Nümayəndə heyətləri mesajımızı aldılar. Tələblərimizi rəhbərləri ilə müzakirə edəcəklər və bizə cavab verəcəklər”.