Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi

turkiyeye-gelecek-ecnebi-var-hakimlerinin-maasi-diqqet-cekdi
Oxunma sayı: 3585

Türkiyə Futbol Federasiyası Superliqa oyunları üçün dəvət etdiyi əcnəbi VAR hakimlərinin maaşını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, onların maaşı yol xərcləri də daxil olmaqla 200 min TL-yə (10 min 494 manat) çatacaq.

Rəqəmlər açıqlandıqdan sonra VAR hakimlərinin maaşı müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Türkiyədə yerli VAR hakimləri 15 min TL (786 manat) alır. AVAR-ın hakim qonorarı isə 7 min 500 tl-dir. (393 manat)