Türkmənlərin əlinə keçən rus pilotun - Videosu

turkmenlerin-eline-kecen-rus-pilotun
Oxunma sayı: 8889

Türkiyə qırıcıları tərəfindən vurulan Rusiya döyüş təyyarəsinin pilotlarının axtarışı davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paraşütlə tullanan pilotlardan türkmənlərin əlinə keçdiyi iddia edilir. Hazırda Rusiya helikopterləri pilotları və təyyarənin qalıqlarını axtarır.

Suriya mediası isə rus pilotlardan birinin görüntüsünü paylaşıb. Pilotun türkmənlər tərəfindən ölü olaraq ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Su-24 tipli təyyarənin 6000 metr yüksəklikdə, Suriya sərhədləri daxilində vurulduğunu açıqlamışdı. Prezident Putinin isə Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdığı bildirilib.
Kremlin sözçüsü Peskov isə təyyarənin vurulması ilə bağlı açıqlamasında “Rus döyüş təyyarəsinin Suriyada düşürülməsi çox ciddi hadisədir. Lakin nəticə çıxarmaq üçün tezdir” sözlərini işlədib.

BMT-nin Cenevrədəki şöbəsinin rəsmi nümayəndəsi Əhməd Fauzi isə bildirib ki, baş verən insident Suriyada terrorizmlə mübarizəni çətinləşdirə bilər.