Ucar sakini prezidentə müraciət etdi

ucar-sakini-prezidente-muraciet-etdi
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, müraciətində müəllif bildirib ki, hazırda qanunsuz olaraq həbs olunmasına görə aclıq edən oğluu Fuad Penitensiar Xidmətinin Müalicə Müəssəsinin cərimə kamerasında saxlanılır: “Onun vəziyyəti çox ağırdır. 16 kq çəki itirib, ürəyində, böyrəklərində, mədəsində şiddətli ağrılar var. 40 gün olacaq ki, aclıq edir. Hər an ölə bilər. Əgər ona bir şey olsa, mən də özümü öldürəcəyəm. Bunların da məsuliyyəti Ucar rayonProkuroru M.Ağamirovun, Ucar RPŞ-nin rəsi Tahir Quliyevin və məhkəmə hakimi Çingiz İsgəndərovun üzərinə düşəcək. Artıq bu cinayət işi 7 ay 5 gündür ki, Ucar rayon Məhkəməsinin hakimi Ç.İsgəndərovun icratındadır. O, qəsdən süründürməçilik yaradıb. Burada böyük qanun pozuntusu və haqsızlıqlar var. Xahiş edirəm mənə kömək edin”.