UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto

uefa-dan-qarabag-bayer-matci-ile-bagli-diqqetceken-paylasim
Oxunma sayı: 7293

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” - “Bayer” oyunu ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda bildirilib: 

“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda  4-cü gün Bakıda görüşəcək”. 

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.