UEFA prezidenti nə qədər qazanıb?

uefa-prezidenti-ne-qeder-qazanib
Oxunma sayı: 1794

UEFA-nın prezidenti Aleksander Çeferinin illik qazancı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, sloveniyalı funksioner, 2019/20 mövsümündə vergilər xaric 2,19 milyon avro qazanıb.
 
Bu barədə “Vozpopuli” nəşri məlumat yayıb. Xəbərdə, bu məbləğin əvvəlki mövsümə görə 450 min avro çox olduğu bildirilib.
 
Çeferin 2016-cı ildən UEFA-nın prezidentidir. 53 yaşlı funksioner quruma rəhbər təyin olunduqdan sonra ümumilikdə 6,7 milyon avro qazanıb.